Suriya prezidenti sələfinin gizləndiyi Moskvaya gəldi
Rusiya prezidenti Vladimir Putin onun müdafiə etdiyi Bəşər Əsədi devirən Suriya prezidenti Əhməd əş-Şaraanı Kremldə qəbul edib.
SAVASHMEDİA.az RBC-ya istinadən xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Putin qeyd edib ki, ölkələri arasında xüsusi münasibətlər yaranıb və 80 ildən artıqdır diplomatik əlaqələri dəstəkləyirlər. O, nəzərə çatdırıb ki, həmin əlaqələr Rusiya və Sovet İttifaqı üçün ən çətin dövr olan 1944-cü ildə qurulub.
Əş-Şaraa bildirib ki, Rusiyanın suriyalılara nail olmaq imkanı verdiyi çoxsaylı nailiyyətlərə söykənirlər və bu, ölkəsinə müxtəlif sahələrdə kömək edib. “Bizi ciddi əməkdaşlıq körpüləri, o cümlədən maddi körpülər birləşdirir. Biz bundan sonra da bu cür işləməyə davam edəcəyik. Hərtərəfli əlaqələrimizi yenidən bərpa etməyə çalışacağıq”, - Suriya prezidenti deyib.
“Reuters” xatırladıb ki, ilk dəfə Rusiyaya səfər edən Suriya prezidenti Moskvada gizlənmiş Əsədin mühakimə olunmaq üçün ekstradisiyasını rəsmən Putindən tələb edəcək.
Aytən İbrahimova