100 minə qədər ukraynalı hərbçi öldürülüb – CBS News

Rusiya ilə genişmiqyaslı müharibə zamanı 100 minə qədər ukraynalı əsgər həlak olub.

Apr 14, 2025 - 13:01
100 minə qədər ukraynalı hərbçi öldürülüb – CBS News

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Amerikanın CBS News telekanalı prezident Vladimir Zelenskinin müsahibəsi çərçivəsində məlumat yayıb. 

Amerikalı yayımçı “60 dəqiqə” proqramında Ukrayna prezidenti ilə müsahibəni təqdim edərkən həlak olan ukraynalıların sayını açıqlayıb. 

Zelenskinin Prezident Ofisindən Ukrayna KİV-nə bildirilib ki, o, müsahibə zamanı hərbi itkilərlə bağlı rəqəmlər açıqlamayıb: “Rusiya hər gün Ukrayna şəhərlərinə zərbələr endirir. Məktəblərə 1700 hücum oldu, 600-dən çox uşaq öldürüldü. 780 tibb müəssisəsinə hücum edildi, 13.000 dinc sakin və 100.000-ə qədər Ukrayna əsgəri öldürüldü”. 

Zelenski diqqətə çatdırıb ki, ukraynalılar möhkəm dayanmasa, Putin irəli gedəcək.

“Bu, boş fərziyə deyil, təhlükə realdır. Putinin son məqsədi Rusiya imperiyasını dirçəltmək və hazırda NATO-nun himayəsində olan əraziləri geri almaqdır. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, bu, dünya müharibəsinə çevrilə bilər”, - deyə Ukrayna prezidenti xəbərdarlıq edib.

Xatirə SADİQ