“Ermənistanda da uşaqlar it kimi yeriməyə başlayıb?” – Lavrovun qəfil sualı Mirzoyanı və səfiri çaşdırdı
Kremldə Nikol Paşinyan-Vladimir Putin görüşü başlamazdan öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyana gözlənilməz sualla müraciət edib.
SAVASHMEDİA.az erməni KİV-nə istinadla xəbər verir ki, Lavrov, Mirzoyan və Ermənistanın Rusiyadakı yeni səfiri Qurgen Arsenyan söhbət edirmişlər.
Rusiya XİN rəhbəri gözlənilmədən mövzunu dəyişib insanların it kimi yeriməsindən danışmağa başlayıb.
"Ermənistanda da belələri varmı? İndi nəsə təzə dəbdir, uşaqlar it maskası taxır və it kimi gəzirlər. Onlara kvadroboder deyirlər”, - Lavrov bildirib.
Mirzoyan kvadrober hərəkatı haqqında məlumatlı olduğunu təsdiqləyərək onu yeni cərəyan adlandırıb. Öz növbəsində Qurgen Arsenyan bildirib ki, Avropada kvadroberlər artıq özlərini “cins” kimi qələmə verirlər.
Məlumat üçün bildirək ki, pişik, it, tülkü və digər heyvanlara bənzəməyə çalışan insanlara kvadroblar deyilir. Onlara bənzəmək üçün maskalar taxırlar, geyimlərinə quyruqlar və digər elementlər yapışdırırlar.
Söhbətin videosunun bu hissəsi Rusiyanın Telegram kanallarında yayılıb.
Səlcuq