Putin telefon danışığnda Trampdan bunu tələb edib - TƏFƏRRÜAT 

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla telefon danışığı zamanı Ukraynadan müharibənin dayandırılması müqabilində bütün Donetsk bölgəsinə iddiadan əl çəkməyi tələb edib.

Oct 19, 2025 - 02:15
Putin telefon danışığnda Trampdan bunu tələb edib - TƏFƏRRÜAT 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə "Vashington Post" öz mənbələrinə istinadən məlumat yayıb.

Atəşkəs müqabilində Kreml Rusiyanın yalnız qismən işğal etdiyi Zaporojjye və Xerson vilayətlərinin bəzi hissələrinə iddialardan imtina etməyi düşünməyə hazırdır. Tramp Moskvanın təklifləri ilə bağlı heç bir açıqlama verməyib.

Bildirilir ki, Trampın nümayəndəsi Stiv Vitkoff Donetsk vilayətinin Moskvanın nəzarətinə keçməsi ilə bağlı Ukrayna nümayəndə heyətinə təzyiq etdiyi bildirilirb. O, Kremlin regionun əsasən rusdilli vətəndaşlardan ibarət olması barədə fikirlərinə istinad edib.

Nəşr qeyd edir ki, bu cür sövdələşmələr Donbasın işğalını effektiv şəkildə möhkəmləndirir və Trampın “sülh planı” haqqında danışmasına baxmayaraq, Moskvanın köhnə tələblərini təkrarlayır.

Ukrayna və Avropa rəsmiləri bu ideyanı qəbuledilməz adlandırıblar. Bir diplomatın fikrincə, bu, “ukraynalılara öz ayaqlarını satmağa çalışmaq kimidir”.

"The Telegraph"a görə, müharibəyə son qoymağın yeganə effektiv yolu Ukraynanın hərbi cəhətdən güclənməsidir.