“Trampa minnətdarlıq ukraynalıların məzarları üzərində yazılacaq”

Birləşmiş Ştatlar Ukraynanın “hava hücumu xəbərdarlığı üçün əsas məlumat mənbəyini” kəsib.

Mar 6, 2025 - 13:44
“Trampa minnətdarlıq ukraynalıların məzarları üzərində yazılacaq”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Economist” yazıb.

“The Economist”in müxbiri Oliver Kerrollun məlumatına görə, bu, dünən Kiyev vaxtı ilə saat 14.00-da baş verib. 

Bundan əvvəl isə ABŞ tərəfindən “HIMARS”ın istifadəsi üçün vacib olan məlumatların qəbulu dayandırılıb. Ukrayna həmçinin uzaq məsafədən zərbələr üçün real vaxt məlumatı almır. 

“Tramp minnətdarlıq istəyirdi. Biz bunu həlak olan ukraynalıların məzarları üzərinə yazacağıq”, - deyə ukraynalı mənbə nəşrə bildirib.

Xatirə SADİQ