Cənubi Koreyada qırıcılar mülki əhalini bombaladı - “Yonhap”
Cənubi Koreyada iki KF-16 qırıcısı təlim zamanı səhvən yerli sakinlərin üzərinə bomba atıb.
SAVASHMEDIA.az bu barədə “Yonhap”a istinadən xəbər verir.
Məlumata görə, bir bomba yaşayış binasının yaxınlığındakı yola düşüb, 7 nəfər yaralanıb. Pxoçone kəndində bir kilsə və digər altı bina dağıdılıb.
Ümumilikdə qırıcıların hər biri təlimlərin keçirildiyi poliqondan kənara dörd MK-82 bombası atıblar.
Xatirə SADİQ