Cənubi Koreya Zelenskidən ÜZR TƏLƏB ETDİ - Məxfi razılaşmanı pozub

Ukrayna Prezidenti Volodimir Zelenskinin iki Şimali Koreyalı hərbi əsirin Cənubi Koreyaya göndərildiyini açıqlaması Seulun ciddi etirazına səbəb olub.

Sep 28, 2026 - 23:27
Cənubi Koreya Zelenskidən ÜZR TƏLƏB ETDİ - Məxfi razılaşmanı pozub

SAVASHMEDİA.az xəbər verir ki, Cənubi Koreya Xarici İşlər Nazirliyi Ukraynanın Seuldakı müvəqqəti işlər vəkilini çağıraraq ondan rəsmi izahat və üzr tələb edib.

Seul bildirir ki, əsirlərin Cənubi Koreyaya köçürülməsi barədə məlumatın məxfi saxlanılması ilə bağlı razılaşma olub. Cənubi Koreya tərəfi Zelenskinin bu məlumatı açıqlamasının həmin razılaşmaya zidd olduğunu hesab edir.

Ukrayna isə belə bir məxfilik razılaşmasının olmadığında israr edir.

Qeyd edək ki, iki Şimali Koreyalı hərbçi 2025-ci ilin yanvarında Rusiyanın Kursk vilayətində Ukrayna qüvvələri tərəfindən əsir götürülüb və sonradan Cənubi Koreyaya getmək istədiklərini bildiriblər.

Oğuz