"Rusiya təyyarələrini vurmalıyıq" - Tramp

“Biz Ukraynanın döyüş tərzinə böyük hörmətlə yanaşırıq. Bu, həqiqətən effektivdir”.

Sep 23, 2025 - 23:58
"Rusiya təyyarələrini vurmalıyıq" - Tramp

SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Nyu Yorkda keçirilən BMT Baş Assambleyası çərçivəsində Ukrayna prezidenti Voldimir Zelenski ilə görüşü zamanı deyib.

O bildirib ki, hava məkanını pozacaqları təqdirdə NATO ölkələri Rusiya təyyarələrini vurmalıdırlar.