“HƏMAS bizi sındıra bilməyəcək” - Netanyahu
“Qəzzada iki girovla bağlı yeni yayımlanan videolar HƏMAS-ın girovlarla bağlı razılaşma əldə etməkdə maraqlı olmadığını sübut edir”.
SAVASHMEDİA.az “The Times of İsrael” nə.rinə istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu bildirib.
İsrail ictimaiyyətinə müraciət edən baş nazir “dəhşətli videolar”dan “şoka düşdüyünü” deyib və sonra girovların ailələri ilə danışıb.
“Mən HƏMAS-ın nə istədiyini dəqiq başa düşürəm. O, saziş istəmir. O, bizi bu dəhşətli videolarla, bütün dünyaya yaydığı saxta dəhşət təbliğatı ilə sındırmaq istəyir”, - deyə Netanyahu vurğulayıb.
O, əlavə edib ki, HƏMAS girovları “nasistlərin yəhudiləri acından qırdığı kimi” acından öldürür.
“Ancaq biz sınmayacağıq. Mən məhbuslarımızı azad etmək, HƏMAS-ı məhv etmək və Qəzzanın bir daha İsrail üçün təhlükə yaratmamasını təmin etməkdə daha da qətiyyətliyəm”, - deyə Netanyahu diqqətə çatdırıb.
Qeyd edək ki, şənbə günü HƏMAS girov Yevyatar Davidin videosunu yayıb. Çox zəifləmiş halda olan girov videoda deyib ki, öz məzarını qazır.
Xatirə SADİQ