Məşhur aparıcı vəfat etdi - FOTO

Türkiyənin məşhur aparıcısı, jurnalist Levent Bitecik vəfat edib.

Aug 4, 2025 - 13:27
Məşhur aparıcı vəfat etdi - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, 65 yaşlı aparıcı bir müddətdir xəstəlikdən əziyyət çəkirmiş.

L.Bitecik Antalyada dəfn olunub.

Jurnalistika karyerasına 1980-ci illərdə "TRT FM"də xəbər aparıcısı kimi başlayan Levent Bitecik daha sonra “Star TV”də xəbər aparıcısı kimi çalışıb. Aparıcının son iş yeri “Kanal D” olub.

Levent Bitecik uzun illər sənədli filmlər və seriallarda səsləndirmələr edib.

Banu

Fotoda: Levent Bitecik