Bütün Suriya bu cazibədar qadını axtarır - Əsədin cəlladlarından olub + VİDEO
Suriyanın devrilmiş lideri Bəşər Əsədin ordusunda xidmət etdiyi iddia edilən və ölkədə bir çox qırğınlarda əli olduğu deyilən qadın zabitin görüntüləri internetdə qısa müddətdə viral olub.
Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Əsədin fotoları qarşısında sol əli ilə hərbi salam verərkən lentə alınan qadın zabitin görüntülərini paylaşanlar belə yazıblar: “Bu qadın təcili tapılmalı və məsuliyyətə cəlb olunmalıdır".
Xatırladaq ki, dekabrın 8-də Suriyada Bəşər Əsədin devrilməsi ilə təkcə onun 24 illik prezidentliyi deyil, həm də ailəsinin Suriyada 50 ildən çox davam edən hakimiyyəti başa çatıb.
(publika.az)