Rus generalının öldürülməsinin təfərrüatları məlum oldu
Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanının müavini, general-mayor Mixail Qudkov Kursk vilayətinin Korenevo kəndində öldürülməsinin təfərrüatları açıqlanıb.
SAVASHMEDİA.az bu barədə “The Moscow Times” nəşrinə istinadən xəbər verir.
“Pepel Kursk” telegram kanalı bildirib ki, dünən Ukrayna Silahlı Qüvvələri Korenevoda rus qoşunlarının müvəqqəti dislokasiya məntəqəsinin yerləşdiyi şəxsi evə HIMARS MLRS-dən atəş açıblar. Bu zərbə nəticəsində 12 rusiyalı hərbçi həlak olub.
“Arqumentı i Faktı Primorya” qəzetinin məlumatına görə, Rusiya dəniz piyadalarının səhra qərargahı hücuma məruz qalıb. Hücum zamanı Qudkov komanda məntəqəsində olub.
Nəşr iddia edir ki, “qeyri-rəsmi məlumatlara” görə, Ukrayna “radio kəşfiyyatı” vasitəsilə qərargahın yerini öyrənib. Mənbələr istisna etmirlər zabitlərin qərargahda toplanması Vladivostokda iyulun 2-də Şəhər Gününün qeyd olunması ilə əlaqədar ola bilərdi.
“Tayfun” dəniz veteranları təşkilatının nekroloqunda deyilir ki, dörd raket Rusiya hərbçilərinin “qabaqcıl komanda məntəqəsinə” düşüb. Nəticədə 155-ci briqadaya komandanlıq etməyə davam edən Qudkovdan başqa, ən azı, 10 nəfər həlak olub. Onların əksəriyyəti böyük zabitlər – yeni briqada komandiri, onun müavinləri, batalyon komandirləri və xidmət rəisləri olublar.
Qudkov 2025-ci ilin martında Hərbi Dəniz Qüvvələrinin baş komandanının müavini təyin edilib. Bundan əvvəl o, Kiyev yaxınlığında, “DXR” və “LXR”də döyüşən Sakit Okean Donanmasının 155-ci dəniz piyada briqadasına tərkibində rəhbərlik edib, həmçinin Mariupola hücumlarda və Kiyevin kənarındakı mülki əhalinin terrorunda iştirak edib.
Politico yazıb ki, demək olar ki, briqadanın bütün ilkun tərkibin çəhv edilib.
Qudkov Ukraynaya qarşı müharibə zamanı ölən və ölümü təsdiqlənən 12-ci rus generalıdır.
Xatirə SADİQ