“Əgər Amerika və Avropa bizi tərk etməsə...” - Zelenski şərtini açıqladı

“Ukrayna Rusiyanın 2002-ci ilin fevralında tammiqyaslı işğalına qədərki illərdə uğursuzluqla nəticələnən sülh sazişləri və danışıqların təkrarlanmasını istəmir”. 

Feb 10, 2025 - 11:13
“Əgər Amerika və Avropa bizi tərk etməsə...” - Zelenski şərtini açıqladı

SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski İTV-yə müsahibəsində bildirib. 

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın tez bir zamanda Ukraynada nizamlanma planı təkcə müharibəni dayandırmamalı, həm də bir daha Rusiyanın təcavüzünün olmamasını təmin etməlidir.

“Dondurulmuş münaqişə təkrar olaraq yeni təcavüzə gətirib çıxaracaq. O zaman mükafatları kim alacaq və qalib kimi tarixə düşəcək? Heç kim. Bu, hamı üçün, həm bizim üçün, həm də çox vacibdir ki, Tramp üçün mütləq məğlubiyyət olacaq. Ona sadəcə müharibəni dayandırmaq lazım deyil. O, elə hərəkət etməlidir ki, Putinin bizə qarşı yenidən müharibəyə başlamaq imkanı olmasın. Əsas məsələ budur və bunu hamı tanımalıdır. Bu qələbə olacaq”, - deyə Zelenski nəzərə çatdırıb.

Zelenski təkrar edib ki, Ukraynanın Qərb müttəfiqləri – ABŞ və Avropa İttifaqının (Aİ) iştirak etməsi şərtilə müharibəni bitirmək üçün Rusiya ilə danışıqlara hazırdır.

“Əgər məndə anlayış olsa ki, Amerika və Avropa bizi tərk etməyəcək, bizi dəstəkləyəcək və təhlükəsizlik zəmanəti verəcək, mən istənilən formatda danışıqlara hazır olacağam. Əgər təhlükəsizlik təminatları olarsa, biz müharibənin qaynar çərhələsinin başa çatmasından danışa bilərik. Siz başa düşməlisiniz ki, bu müharibənin necə bitəcəyini bilmək bizə zəruridir. Biz hamımız Amerika və Avropa ilə eyni tərəfdəyik”, - deyə Ukrayna prezidenti vurğulayıb.

Zelenski bir daha Ukraynada döyüşlər dayandırılmamış seçkilərin keçirilməsini istisna edib. O, qeyd edib ki, bu addım hərbi vəziyyətin əsas aspektlərini ləğv etməklə ölkəni təhlükəyə atacaq.

“Biz hərbi vəziyyəti dayandırmalı olacağıq və hərbi vəziyyəti dayandırsaq, ordumuzu itirəcəyik. Söhbət itiriləcək hərbi potensialdan, mənəvi ruhdan və sairdən gedir”, - deyən Zelenski əlavə edib ki, bu, yalnız Rusiyaya əlverişli olar. 

Xatirə SADİQ