Polisdən Putinə "axmaq" deyən musiqiçinin evinə basqın - özünü 10-cu mərtəbədən atdı

Rusiya prezidenti Vladimir Putini “axmaq” adlandıran rusiyalı musiqiçi Vadim Stroykin polisin evinə etdiyi basqın zamanı ölüb.

Feb 10, 2025 - 11:10
Polisdən Putinə "axmaq" deyən musiqiçinin evinə basqın - özünü 10-cu mərtəbədən atdı

Bu xəbəri Rusiya insan haqları qrupu açıqlayıb.

Rusiyanın insan haqları təşkilatı “OVD-İnfo” bildirib ki, Ukrayna ordusuna ianə verdiyinə görə məhkəməyə verilən Vadim Stroykin Sankt-Peterburqda ölüb. Polis onun Peterburqdakı evinə basqın edib. Bildirilib ki, basqın zamanı başqa otağa keçən 59 yaşlı Stroykin 10-cu mərtəbədəki evinin pəncərəsindən özünü ataraq ölüb.

Rusiya İstintaq Komitəsi hadisə ilə bağlı araşdırmalara başlayıb.