Netanyahu telefonda Trampla mübahisə edib? - Təl-Əviv münasibət bildirdi
İsrail baş nazirinin dəftərxanası Benyamin Netanyahu ilə ABŞ prezidenti Donald Tramp arasında mübahisəli telefon danışığının olduğu barədə xəbəri rəsmən təkzib edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə hökumət başçısının dəftərxanasının yaydığı məlumatda deyilir.
Dəftərxana bu xəbəri “tamamilə saxta” adlandırıb.
“Baş nazir Netanyahu ilə prezident Tramp arasında qızğın söhbətin olması barədə xəbər tamamilə saxtadır”, - deyə bildirilib.
Bundan əvvəl “Times of Israel” xəbər vermişdi ki, iyulun 28-də söhbət zamanı Tramp Qəzza zolağında kütləvi aclıq barədə məlumatların doğruluğunu şübhə altına alanda İsrailin baş nazirinə səsini yüksəldib.
Bu, Netanyahunun aclıq çəkən uşaqlarla bağlı xəbərlərin HƏMAS tərəfindən uydurulduğunu iddia etməsindən sonra baş verib. İddialara görə, Tramp guya onun sözünü qəfildən kəsib, əksini göstərən sübutlara malik olduğunu deyib.
Xatirə SADİQ