Tramp-Putin görüşü Romada olacaq?

ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə görüşü avqustun 11-də baş tuta bilər.

Aug 8, 2025 - 15:50
Tramp-Putin görüşü Romada olacaq?

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Fox News telekanalı mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin iddiasına görə, danışıqlar üçün təklif olunan yer kimi Roma nəzərdən keçirilib. 

TASS isə öz mənbəyinə istinadən xəbər verir ki, ABŞ-Rusiya sammitinin Avropada keçirilməyəcək. Bundan öncə agentliyin həmsöhbətləri görüşün ərəb ölkələrindən birində baş tuta biləcəyini qeyd ediblər.

Xatirə SADİQ