Rusiya Müdafiə Nazirliyi yalan məlumat yayıb - “Reuters”
Rusiya Müdafiə Nazirliyi noyabrın 19-na keçən gecə Rusiya ərazisinə ilk ATACMS uzaqmənzilli raket hücumu barədə məlumatla bağlı yalan danışıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
ABŞ-dəki mənbəyə istinadən agentlik bildirib ki, Ukrayna Rusiya ərazisindəki sursat anbarına səkkiz ATACMS raketi atıb və Rusiya bunlardan yalnız ikisini tuta bilib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Bryansk vilayətindəki hərbi obyektə doğru buraxılan 6 raketdən beşi vurulub, qalıqlar obyektə düşüb və kiçik yanğına səbəb olub.
Ukrayna mənbələri isə iddia edirlər ki, ATACMS zərbəsi Bryansk vilayətinin Karaçev şəhərində Rusiya Müdafiə Nazirliyinin əsas raket və artilleriya idarəsinin arsenalına endirilib.
Xatirə SADİQ