ABŞ "Green Card" proqramını dayandırdı - SƏBƏB

ABŞ "Green Card" proqramını dayandırıb.

Dec 19, 2025 - 10:31
ABŞ "Green Card" proqramını dayandırdı - SƏBƏB

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem məlumat verib.

O bildirib ki, buna səbəb ABŞ-nin Braun Universitetində baş verən atışmada şübhəli bilinən şəxsdir. Çünki həmin şəxs 2017-ci ildə ölkəyə məhz bu proqram çərçivəsində daxil olub.

Qeyd edək ki, dekabrın 14-də Braun Universitetinin kampusuna silahlı şəxs hücum edib. Hücum nəticəsində 9 nəfər yaralanıb, 8 nəfər həlak olub.

Xatırladaq ki, "Green Card" Amerikada daimi yaşayış statusu almaq hüququ verən viza uduşu proqramıdır.

Banu