Tramp Aİ-ni hədələdi: “200 faiz rüsum tətbiq edərəm"
ABŞ prezidenti Donald Tramp Amerika viskisinə tarifləri qaldırmasa, Avropa İttifaqını (Aİ) spirtli içkilərə 200 faiz rüsum tətbiq edəcəyi ilə hədələyib.
"Dünyanın ən düşməni və vicdansız vergi və tarif orqanlarından biri olan və yeganə məqsədi öz maraqları üçün ABŞ-dən istifadə etmək üçün yaradılan Aİ elə indicı viskiyə 50 faizlik iyrənc rüsum tətbiq etdi. Əgər bu tarif dərhal lağv edilməsə, ABŞ tezliklə Fransa və digər Aİ ölkələrindən gələn bütün şərab, şampan və spirtli içkilərə 200 faizlik rüsum tətbiq edəcək. Bu, ABŞ-da şərab və şampan biznesi üçün çox faydalı olacaq”, - deyə amerikalı president “Truth Social”da yazıb.
Xatirə SADİQ