"Axı mən bura niyə gəldim?" - Jurnalist Lavrovun maraqlı videosunu paylaşdı
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun maraqlı videosu yayılıb.
SAVASHMEDİA.az xəbər verir ki, həmin görüntüləri Kremlin müxbiri Aleksandr Yunaşev öz Telegram kanalında yayımlayıb.
Videoda Rusiya prezidenti Vladimir Putinlə Belarus prezidenti Aleksandr Lukaşenkonun görüşündən əvvəl jurnalistlərin suallarını cavablandıran Sergey Lavrovun çox yorulduğu görünür.
Yunaşevin sözlərinə görə, jurnalistlər növbə ilə Lavrova “çətin suallar”la yaxınlaşıblar.
Suallardan yorulan və ayaqüstündə zorla dayanan Lavrov isə astadan "Axı mən bura niyə gəldim?" deyir.
Oğuz
pic.twitter.com/4l8rzWuJWo — Newsfeed (@Newsfeed883920) March 13, 2025