Adı qadağa siyahısında olan Təranə Qumral - "Darıxmayın, 5-cü gün efirdəyik"

Müğənnilərə efir qadağası qoyulması ilə bağlı yayılan yeni siyahıda Təranə Qumral və Musa Musayevin də adı var.

Mar 3, 2026 - 22:34
Adı qadağa siyahısında olan Təranə Qumral - "Darıxmayın, 5-cü gün efirdəyik"

SAVASHMEDİA.az xəbər verir ki, bizim.media məsələ ilə bağlı T. Qumralla əlaqə saxlayıb.

Təranə Qumral bildirib ki, siyahıda adları yoxdur:

"Musa müəllimlə mənim adım haradadır? Heç yerdə yoxdur. Orada yazılıb Qumral - Təranə və Musanın qızı. Darıxmayın, beşinci gün "Xəzər"dəyik".

Qeyd edək ki, bu gün manset.az-ın yaydığı yeni siyahıda Musa Musayevlə Təranə Qumralın adı qeyd edilib.