Rüfət Nasosnu Balaəliyə görə ÜZR İSTƏDİ - VİDEO
Meyxanaçı Rüfət Nasosnu həmkarları Balaləli və Xosrov Maştağalı arasında toyda baş verən davaya münasibət bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, sənətçi sosial şəbəkədə yayımladığı videoda baş verənləri "həddi aşmaq" adlandırıb.
Rüfət Nasosnu bildirib ki, bu kimi hallara görə toylarda meyxananın ləğv olunmasını təklif etmək düzgün deyil.
“Mən baş verənlərə görə öz adımdan üzr istəyirəm”, - sənətçi bildirib.
Qeyd edək ki, toyda yaranan sözlü mübahisə zamanı Balaləli Xosrov Maştağalıya butulka atıb.
Aytən