Putin guya Ukrayna ilə bağlı bu sualı eşitmədi - Jurnalist qışqırdı

Alyaskada təyyarədən enən Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Donald Tramp tərəfindən qarşılanması zamanı maraqlı hadisə yaşanıb. 

Aug 15, 2025 - 23:49
Aug 16, 2025 - 00:32
Putin guya Ukrayna ilə bağlı bu sualı eşitmədi - Jurnalist qışqırdı

Prezidentlər görüşüb fotoqraflara poz verərkən xanım jurnalist uca səslə Putindən “Ukraynada dinc insanları qətlə yetirməyi nə zaman dayandıracaqsınız” deyə sual verib.

Putin sualı qulaqardına vurmağa çalışsa da, jurnalist daha yüksəkdən sualını təkrarlayıb. Bu zaman Putin əli ilə qulağını göstərərək sualı eşitmədiyinə işarə edib. Tramp isə əyilərək ona nəsə deyib, bundan sonra ikisi də avtomobilə doğru hərəkət ediblər.