"İçəridə olanda Rəqsanəyə məndən çox pay göndərən olmayıb" - Manaf

Müğənni Manaf Ağayev həmkarı Rəqsanə İsmayılova həbsdə olduğu dövrdə ona etdiyi köməkdən danışıb.

Dec 12, 2025 - 18:12
"İçəridə olanda Rəqsanəyə məndən çox pay göndərən olmayıb" - Manaf

SAVASHMEDİA.az-ın məlumatına görə, Manaf Ağayev Rəqsanənin dar günündə ona dəstək olduğunu açıqlayıb:

"Xasiyyətim belədir, insanın dar günündə yanında olmaq istəyirəm. Çıxandan sonra da Rəqsanəyə zəng edib ağlayaraq onu təbrik etmişəm. Həbsdə olduğu dövrdə ona, ərinə və Aysuna məndən çox zəng edən olmayıb. Yanına məndən çox pay göndərən olmayıb. Çünki görüş mümkün deyildi. Onsuz da Aysun hər gün gedirdi, ehtiyac da yox idi. Ancaq xarakterimdir, insanın dar günündə yanında olmaq istəyirəm, yaxşı günündə Rəqsanə ilə ilə illərlə danışmamışam. Zindanın ona qadın üçün nə demək olduğunu bilirəm. Rəqsanə yaxşı qızdır".

Sənətçinin bu açıqlamaları sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.

Aytən