“Xəyanəti də bağışlayaram, amma alan yoxdur…” – Aktrisa Pərvin Abıyeva
"Ərə getmirəm, çünki alan yoxdur. Amma müğənni və aktyorla da ailə qurmaram".
SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva "Öz aramızda" verilişində deyib.
O, "Heç vaxt nəyi etməzsən?" sualına belə cavab verib:
"Heç vaxt ev yıxmaram. Ev yıxmaq ailə dağıtmaq deyil təkcə. Kiməsə pislik etmərəm. Həyat yoldaşım və ya uşağımın atası mənə xəyanət etsə də, bağışlayaram".
Aktrisa kasıb oğlanla ailə qurmaq istəmədiyini də dilə gətirib.