Azərbaycanda maaşlar ayda 2 dəfə veriləcək - Qanunda DƏYİŞİKLİK
Azərbaycanda əməkhaqı ay ərzində iki dəfə veriləcək.
SAVASHMEDİA.az xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əməkhaqqı iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilə bilər.
Səlcuq