"Yandırıb külümü Trabzona səpərsiniz" - Volkan Konakın vəsiyyəti
Xəbər verdiyimiz kimi, Şimali Kipr Türk Respublikasında konsert verən türkiyəli sənətçi Volkan Konak səhnədə infarkt keçirdikdən sonra vəfat edib.
SAVASHMEDİA.az xəbər verir ki, Türkiyə KİV-i müğənninin vəsiyyətini yenidən gündəmə gətirib.
O, vəsiyyətini 2020-ci ildə verdiyi müsahibələrinin birində açıqlayıb:
“Bu mənim əzizlərimə vəsiyyətimdir, lütfən, öləndə məni dəfn etməsinlər. Bütün bədənimi yandırsınlar. Külümü isə qutuya qoyub vertolyotla Qara dənizə, xüsusilə Trabzonuma səpsinlər”.