Müğənni Rəqsanə boşanıb? - Özündən ikibaşlı açıqlama 

Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı Fazil Əmiraslanovla boşanma iddialarını gücləndirib.

Jun 26, 2025 - 21:44
Müğənni Rəqsanə boşanıb? - Özündən ikibaşlı açıqlama 

Buna səbəb Rəqsanənin canlı yayımdakı açıqlamaları olub.

Belə ki, ifaçı "Vaxt var idi, yemək bişən kimi birinci kiməsə verirdim. İndi heyif o adam yoxdur. Aparım uşaqlarıma verim", - deyə, bildirib.

Bundan əlavə, Rəqsanə həyat yoldaşı ilə bağlı söhbət açsa da, bu haqda danışmayacağını bildirib.

Qeyd edək ki, Rəqsanənin Fazillə evliliyindən iki övladı var. 

Bizim.Media