Tarkan 4 günlük konsert verəcəyini AÇIQLADI – Sayt çökdü

Meqastar Tarkan 6 ildən sonra İstanbulda 4 günlük konsert verəcək.

Nov 19, 2025 - 15:58
Tarkan 4 günlük konsert verəcəyini AÇIQLADI – Sayt çökdü

SAVASHMEDİA.az xəbər verir ki, dünyaca məşhur müğənni bu barədə sosial şəbəkə hesabında özü məlumat yayıb.

Tarkanın konsert tarixlərini açıqlamasından sonra pərəstişkarları biletix.com saytına axışıblar. Eyni anda milyonlarla insanın bilet sifariş etməsi saytın çökməsinə səbəb olub. Nəzərdə tutulan biletlər satılsa da, 142 min nəfər bilet ala bilmək üçün gözləməyə yazılıb. Biletlərin bitməsi qara bazarda da canlanmaya səbəb olub.

Qeyd edək ki, konsert gələn ilin 16, 17, 20 ve 23 yanvarında “Volkswagen Arena”da baş tutacaq. Konsertin bilet qiymətləri 7-32 min lirə arasında dəyişir.

Banu