Aİ Macarıstanı yola gətirdi

Avropa İttifaqı (Aİ) səfirləri cümə günü Macarıstanla razılığa gələ bildikdən sonra təşkilatın Rusiyaya qarşı bir sıra sanksiyaları uzadılmasını qərara alıblar. 

Mar 14, 2025 - 14:32
Aİ Macarıstanı yola gətirdi

SAVASHMEDİA.az xəbər verir ki, Ukrayna KİV-i bu barədə mənbəyə istinadən məlumat yayıb. 

Mənbənin sözlərinə görə, qərar yazılı prosedur əsasında qəbul edilib. Buna görə də sanksiyalar daha altı ay müddətinə, 2025-ci il sentyabrın 15-dək uzadılacaq.

“Bloomberg” xəbər verib ki,  Budapeşt 3 nəfərin adının sanksiya siyahısından çıxarılmasından sonra razılığa gəlib. 

Söhbətin kimdən getdiyi dəqiq məlum deyil, amma bu barədə Aİ Şurası məlumat verəcək.

“Financial Times” bundan öncə yazırdı ki, Macarıstan guya   rus oliqarxı Mixail Fridmanın Aİ sanksiyalarından çıxarılmasını təkid edir. 

“Bloomberg” mənbələri iddia edir ki, Lüksemburq da bu mövqeyi dəstəkləyib, lakin son nəticədə o, sanksiyalar altında qalacaq.

Xatirə SADİQ