ABŞ prezidenti Rusiyanı təcavüzkar adlandırdı - İlk dəfə…

ABŞ prezidenti Donald Tramp Ukraynaya qarşı başlatdığı müharibəyə görə Rusiyanı ilk dəfə “təcavüzkar” adlandırıb

Sep 15, 2025 - 13:07
ABŞ prezidenti Rusiyanı təcavüzkar adlandırdı - İlk dəfə…

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Politico nəşri yazıb. 

“Bu həftə hər iki tərəfdən 8 min hərbçi ölüb. Rusiya tərəfində daha çox ölüb, ancaq sən təcavüzkar olanda itkilər daha çox olur”, - ABŞ prezidenti jurnalistlərlə söhbətində bildirib. 

Nəşrin xatırladıb ki, Donald Tramp əvvəllər Rusiyanı işğala görə qınamaqdan imtina edirdi. Onun administrasiyası isə fevral ayında Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən BMT qətnaməsini və Rusiyanı pisləyən qətnaməni rədd edərək Rusiya və Şimali Koreyanın tərəfini tutmuşdu. Fevral ayında ABŞ hətta G7-nin Rusiyanı təcavüzkar adlandıran bəyanatına qarşı çıxmışdı.

Xatirə SADİQ