Kadırov "pampers"lə gəzir, arıqlayıb bu günə düşüb - VİDEO
Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətində ciddi problemlər var.
SAVASHMEDİA.az xəbər verir ki, sağlıq problemləri artıq onun idarəçilikdən çəkilməsinə səbəb olub.
Rusiya mənbələri iddia edir ki, hazırda Çeçenistanın idarəçiliyi hökumət başçısı Maqomed Daudova tapşırılıb. Respublikanın güc strukturları isə Kadırovun oğlu Adamın nəzarətinə verilib.
Məlumata görə, Kadırovun əsas sağlıq problemi böyrəkləri ilə bağlıdır. Onun artıq sidiyini saxlaya bilmədiyi, bu səbəbdən də xüsusi bezlərdən və xüsusi kateter torbasından istifadə etdiyi iddia olunur.
Ramzan Kadırovun avqust və sentyabr aylarında çəkilməş görüntüləri də bu iddiaları möhkəmləndirir. Belə ki, yayımlanan süjetlərdə Kadırovun nəzərəçarpacaq dərəcədə arıqlaması, yavaş və ehtiyatla hərəkət etməsi diqqətdən yayınmayıb.
Operatorlar isə bu məqamları gizlətmək üçün çəkilişləri qısa və uzaq kadrlarla təqdim ediblər.
Oğuz
Kadırovun sön görüntülərini təqdim edirik: