Şahzadə Harri Kiyevdəki xalq memorialını ziyarət etdi

Britaniya şahzadəsi Harri Kiyevin Müstəqillik Meydanında ziyarət etdiyi xalq memorialını “nə vaxtsa gördüyü ən kədərli şeylərdən biri” adlandırıb.

Sep 15, 2025 - 13:32
Şahzadə Harri Kiyevdəki xalq memorialını ziyarət etdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Guardian” yazıb.

Nəşr qeyd edib ki, Kiyevə səfəri zamanı şahzadə Harri və komandası müharibədə həlak olan ukraynalıların xatirəsinə qeyri-rəsmi memorialın yarandığı Maydanda ayaq saxlayıb.

Harri memoriala çələng qoymaq istəsə də ətrafında izdihamın çoxalması buna mane olub. Britaniya şahzadəsi tək qalmaq üçün memorialın dərinliyinə keçib.

“Hər kəsdən uzaqda, səssizcə çələng qoymaq üçün yer tapmaq istədim. İlahi, ora labirint kimidir. Nə qədər dərinə uzandığını fərq etmirdim. Düzünü desəm, bu, nə vaxtsa gördüyüm ən kədərli şeylərdən biridir. Amma həm də ən gözəllərindən biridir”, - deyə şahzadə danışıb.

Qeyd edək ki, həmin memorialda Ukrayna-Rusiya müharibəsində həlak olan ayrı-ayrı millətlərin nümayəndələrinin bayraqları, o cümlədən azərbaycanlıların şərəfində Azərbaycan bayraqları da yerləşdirilib. 

Xatirə SADİQ