Şişkin qarını düzləşdirir, ödəmdən xilas edir - Gündə 1 stəkan için!
Ödəm bədənin müxtəlif yerlərində mayenin yığılması nəticəsində yaranan şişlikdir. Ödəm sadəcə görünüşümüzdə anormallıq yaratmır, o həm də ciddi sağlamlıq problemidir.
Belə ki, bədəni ödəm toplayan biri çox əsəbi və narahat olur.Ödəmin səbəbləri isə yetərincə su içməmək, düzgün olmayan qidalanma vərdişləri, duzlu qidaların həddindən artıq istehlakı və hormonal pozğunluqlardır.
SAVASHMEDİA.az ödəmdən qurtulmaq üçün effektli təbii üsulları təqdim edir:
Cəfəri suyu
Cəfəri tərkibindəki yüksək C vitamini və antioksidantla orqanizmdə maye balansını təmin edir və ödəmi aradan qaldırır. Şişkin qarını düzləşdirir. Bundan əlavə, cəfəri təbii sidikqovucu təsirə malikdir, bu da böyrəklərin daha çox işləməsinə kömək edir və artıq mayenin bədəndən çıxmasını sürətləndirir. Gündə bir stəkan cəfəri şirəsi içmək şişkinliyi azaltmağa və qarını düzləşdirməyə kömək edə bilər.
Zəncəfil
Həzm sisteminə təsir edən və ödəmin aradan qaldırılmasında mühüm rol oynayan başqa bir möcüzəvi bitki zəncəfildir. Zəncəfilin antiinflamatuar xüsusiyyətləri bədəndə yığılmış ödəmin xaric olunmasına kömək edir. Eyni zamanda zəncəfil həzm sistemini sakitləşdirir, köpü götürərək şişkinliyi aradan qaldırır.Qarını dümdüz edir. Gündə bir stəkan zəncəfil çayı içmək məqsədəuyğundur.
Limonlu su
Bədəndən toksinləri çıxarmağa kömək edir.Limon tərkibindəki zəngin C vitamini ilə immunitet sistemini gücləndirir, həmçinin böyrəklərin daha yaxşı işləməsinə kömək edir.Limon suyu bədəndəki ödəmi aradan qaldırmaq üçün sidikqovucu təsir yaradır və şişkinliyi tez zamanda azaldır. Səhər acqarına bir stəkan limonlu su içmək bədəni ödəm və şişkinlikdən xilas edəcək.
Xiyar
Tərkibində ən çox su olan tərəvəzdir. Orqanizmin maye balansını tənzimləməyə kömək edir. Eyni zamanda, sidikqovucu təsiri sayəsində böyrəkləri stimullaşdırır və bədəndən artıq suyun çıxarılmasına kömək edir. Doğrayıb salat kimi yemək və ya sıxıb suyunu içmək ödəmdən və şişkinlikdən qurtulmağınıza səbəb olacaq.
Yağmur