“Melissa Group”un rəhbəri olduğu deyilən şəxs DANIŞDI - "Foto mənimdir, amma..." 

Dünən Yasamalda qadının evini başına uçurulması ilə bağlı saytlarda yayımlanan materiallarda “Melissa Group”un rəhbəri kimi təqdim edilən şəxsin fotosu səhv verilib.

Mar 28, 2025 - 16:49
“Melissa Group”un rəhbəri olduğu deyilən şəxs DANIŞDI - "Foto mənimdir, amma..." 

SAVASHMEDİA.az xəbər verir ki, bununla bağlı fotoları dərc olunan Faiq Mehdiyev “Bakuposta”a açıqlama verib.

O bildirib ki, o, vaxtilə “Melissa Group”da çalışıb, amma heç vaxt şirkətin rəhbəri olmayıb.

Qeyd edək ki, sözügedən görüntülərlə bağlı “Melissa Group” şirkətinin rəhbəri Qalib Məmmədov saxlanılıb.

Fotoda: “Melissa Group”un rəhbəri Qabil Məmmədov: