Ağcaqanad və milçək sizdən uzaq olacaq - Təbii üsullar

Yazın sonu və yay fəslində rastlaşdığımız problemlərdən biri də ağcaqanad və milçək sancmasıdır. 

May 7, 2025 - 22:45
May 7, 2025 - 23:42
Ağcaqanad və milçək sizdən uzaq olacaq - Təbii üsullar

Bu, bəzilərimiz üçün sadəcə diskomfort yaratsa da, bəzilərimiz üçün ciddi sağlamlıq problemlərinə yol açır. Belə ki, əgər sizin allergik həssaslığınız varsa, bu qanda zəhərlənməyə, hətta ölümə belə apara bilər. Milçək və ağcaqanadları məhv edən sprey və dərmanlarda isə xərçəng xəstəliyinə səbəb olan zəhərli maddələrin (bununla bağlı yazı hazırlamışdıq https://savashmedia.az/tekce-agcaqanadlari-oldurmur-hem-de-xerceng-yaradir-sok-arasdirma) olduğunu nəzərə alsaq, necə qorunacağımız sual altındadır.

SAVASHMEDİA.az yaz və yay fəsillərində komfort düşməni milçək və ağcaqanadlardan qorunmağın təbii üsullarını oxucuları üçün araşdırıb.

Lavanda yağı

Bədəninizə lavanda yağı sürtməklə həm ağcaqanad və milçək sancmasından qorunacaq, həm də rahat yuxuya gedəcəksiniz.

Mixək yağı

Yarım stəkan suya bir çay qaşığı mixək yağı töküb qarışdırmaqla milçək və ağcaqanaddan qoruyan sprey hazırlaya bilərsiniz. 

Evkalipt yağı

Güclü qoxusu ağcaqanad və milçəyi sizdən uzaqlaşdıracaq. Lakin evkaliptə allergiyanızın olub olmamasından əmin olmalısınız. Bunun üçün əlinizin üstünə azca sürtüb yoxlayın. Azyaşlılarda istifadə etməyin! 

Yaşıl reyhan

Evinizdən ağcaqanad və milçəyi uzaq tutmaq üçün saxsı qablarda əkdiyiniz yaşıl reyhanı balkona və ya pəncərənizin qarşısına qoyun.

Ətirşah yağı 

Ətirşah yağını evinizdən əskik etməyin. Milçək və ağcaqanadları qaçıracaq.

Rozmarin (Ətotu)

Bağçanıza rozmarin əkin. O, sizə ağcaqanadsız və milçəksiz bir ev vəd edir.

Banu