Trampın elçisi Putinlə gecə görüşüb – Dmitri Peskov 

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff martın 13-də Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Mar 14, 2025 - 14:35
Trampın elçisi Putinlə gecə görüşüb – Dmitri Peskov 

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

Peskovun sözlərinə görə, Putin axşam saatlarında Kremldə Uitkoffu qəbul edib. Vaşinqtonun elçisi Rusiya tərəfinə “əlavə məlumat” ötürüb, Putin isə öz növbəsində Uitkoff vasitəsilə ABŞ prezidenti Donald Trampa “əlavə siqnallar” göndərib.

Peskov həmçinin Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltsun Ukraynadakı münaqişənin həlli perspektivlərinin “ehtiyatlı nikbinliklə” qəbul edilə biləcəyi barədə sözlərinə də münasibət bildirib. 

“Əlbəttə ki, ehtiyatlı nikbin olmaq üçün əsas var. Hələ çox iş görülməlidir”, - deyə Kremlin sözçüsü əlavə edib. 

Xatirə SADİQ