Belçika hökumətindən Ukraynaya zərbə 

Belçika hökuməti F-16 qırıcılarının Ukraynaya çatdırılmasını 2026-cı ilə qədər təxirə salıb.

Mar 6, 2025 - 17:48
Belçika hökumətindən Ukraynaya zərbə 

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu Belçikanın baş naziri Bart de Vever Brüsseldə Avropa İttifaqının (Aİ) digər liderləri ilə görüşdən əvvəl elan edib.

Qeyd edilib ki, ləngimə Belçikanın hazırkı F-16 qırıcı donanmasını əvəz edəcək yeni F-35 qırıcıları almağı gözləməsi ilə bağlıdır.

De Vever F35 qırıcılarının gözlənilən gəlişi ilə bağlı əlavə təfərrüatları açıqlamayıb.

Xatırladaq ki, Aİ sammti öncəsi Ukrayna prezidenti Volodimir Zelenski Belçika baş naziri ilə görüşmüşdü. 

Xatirə SADİQ