"Kanada ABŞ-nin ştatı olmayacaq"
Kanadanın yeni Baş naziri Mark Karni ölkəsinin heç vaxt ABŞ-nin bir hissəsi olmayacağını bildirib.
SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbər verir ki, Karni bu haqda ölkənin 24-cü baş naziri kimi and içdikdən sonra jurnalistlərə açıqlamasında danışıb.
“Mən çox açıq şəkildə söylədim. Biz heç vaxt heç bir formada Birləşmiş Ştatların bir hissəsi olmayacağıq. Amerika Kanada deyil”, - o qeyd edib.