“Güllünün qızı məni ölümlə hədələyir” – Məşhur müğənnidən ŞOK AÇIQLAMA

“Müğənni Güllünün qızı Tuğyan Ülkem Gülter məni təhdid edir”.

Dec 9, 2025 - 18:09
“Güllünün qızı məni ölümlə hədələyir” – Məşhur müğənnidən ŞOK AÇIQLAMA

SAVASHMEDİA.az xəbər verir ki, bunu Türkiyənin məşhur müğənnisi Nihat Doğan bildirib.

““Güllü İşi” ilə bağlı “qəza deyil, cinayət ola bilər” dediyim üçün Güllünün qızı Tuğyan məni və övladımı ölümlə hədələyir. Sosial mediada məktub yazaraq məni öldürəcəyini deyir. Görünür, biz “Güllünün ölümü cinayətdir” deməklə kimlərinsə işinə çomaq soxmuşuq. Tuğyanın mənə yazdığı mesajdan sonra artıq Güllünün cinayətə qurban getdiyinə tam olaraq inanıram” – N. Doğan qeyd edib.

Xatırladaq ki, müğənni Güllü (Gül Tut) sentyabrın 26-da Yalovada yaşadığı binanın 6-cı mərtəbəsindən düşərək həyatını itirib. Övladları verdikləri ifadədə analarının qaraçı rəqsi edərkən sürüşərək açıq olan pəncərədən yıxıldığını deyiblər. Lakin Güllünü tanıyanlar və sənət dostları onun cinayətə qurban getdiyi düşüncəsində olduqlarını bildiriblər.

Banu