Xarici diplomların tanınması bu tarixə qədər dayandırıldı

"Xarici dövlətlərdə əldə edilmiş kvalifikasiyaların tanınması Elektron Müraciət Sistemi (EMS) vasitəsilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir. 

Dec 9, 2025 - 18:12
Xarici diplomların tanınması bu tarixə qədər dayandırıldı

Bildiririk ki, EMS-in daha effektiv işləməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə sözügedən sistemdə mütəmadi olaraq texniki işlər aparılır".

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə TKTA-dan məlumat verilib.

Bildirilib ki, qeyd edilənləri nəzərə alaraq, EMS vasitəsilə ərizələrin qəbulu 16.12.2025-ci il tarixindən 02.01.2026-cı il tarixinədək dayandırılacaq.

"Ərizəçilərdən qeyd edilənləri nəzərə almaları və ən geci 16 dekabr 2025-ci il tarixinədək müraciət etmələri xahiş olunur", - məlumatda qeyd olunub.

Aytən