Gürcüstana qarşı “MEGOBARI Aktı” qəbul edildi
ABŞ Nümayəndələr Palatası 80%-dən çox səslə Gürcüstanla əlaqədar “MEGOBARI Aktı” qanun layihəsinı qəbul edib.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bu sənəd ikipartiyalı təşəbbüs nəticəsində ortaya çıxıb.
Səsvermə zamanı qanun layihəsini 349 konqresmen (168 respublikaçı, 181 demokrat) dəstəkləyib.
Aktın qüvvəyə minməsi üçün Senat tərəfindən təsdiqlənməli və prezident Donald Tramp tərəfindən imzalanmalıdır. 27 mart 2025-ci ildə sənəd Senatın Xarici Əlaqələr Komitəsi tərəfindən dəstəklənib.
Qanun layihəsinin sponsoru respublikaçı konqresmen Co Uilson olub. O, təşəbbüsü 2024-cü ilin mayında Gürcüstanda “xarici agentlər haqqında” qanunun qəbulu ilə eyni vaxtda təqdim edib. O, sənədi bu ilin əvvəlində yeni Konqresə yenidən təqdim edib.
Hər iki partiyadan olan 18 Konqres üzvü qanun layihəsinin sponsoru olub.
Qanun layihəsinin tam adı “Gürcüstanın Hesabatlılığın, Dayanıqlığın və Müstəqilliyin Yaradılması üçün Seçimlərinin Səfərbər edilməsi və Artırılması”dır. Təşəbbüsün tam rəsmi adı “Çin Kommunist Partiyasının, İran rejiminin və Rusiya Federasiyasının Gürcüstanda təsirinə qarşı mübarizə aktı”dır.
Xatirə SADİQ