Orxan Gəncəbayın xanımı qonşusu ilə dalaşdı, ayırmağa gələn qadını isə ... – Anbaan video
Türkiyənin məşhur müğənnisi Orxan Gəncəbayın həyat yoldaşı, aktrisa Sevim Əmrə qonşuları ilə dava edib.
SAVASHMEDİA.az xəbər verir ki, hadisə cütlüyün Sarıyer Baltalimanında yerləşən malikanələri qarşısında baş verib.
Həmin anları Gəncəbayın başqa bir qonşusu çəkib. Davanın hansı səbəbdən başladığı bilinməsə də, görüntülərdə Sevim Əmrənin tərəfləri ayırmağa gələn xanıma qarşı da kobudluq edib itələdiyi görünür.
Xatırladaq ki, Sevim Əlif Əmre 1963-cü ildə Türkiyə gözəli seçilib. 1978-ci ildə Orxan Gəncəbayla ailə qurub. Cütlüyün Gökhan adlı oğlu var.
Banu