Məşhur aktyor təcili xəstəxanaya yerləşdirildi - Foto

“Yeşilçam”ın məşhur aktyoru Necdet Kökeşin ötən gün qaldığı hoteldə səhhəti pisləşib.

Jun 10, 2025 - 11:43
Məşhur aktyor təcili xəstəxanaya yerləşdirildi - Foto

SAVASHMEDİA.az xəbər verir ki, ustad aktyor təcili xəstəxanaya yerləşdirilib.

81 yaşlı aktyorun nəfəs darlığından əziyyət çəkdiyi bildirilib. Tanınmış aktyor uzun illərdir maddi sıxıntıdan əziyyət çəkdiyi üçün hotelə yerləşdirilib. O, Kemal Sunal, Cüneyt Arkın, Ayhan Işık kimi əfsanəvi aktyorlarla tərəf müqabili olub. 100-dən çox filmdə rol alan Kökeş daha çox Cüneyt Arkınla birgə rol aldığı “Battal gazi” filmindəki “Zıp-zıp” obrazı ilə tanınıb.

N.Kökeş “Deli Dumrul”, “Şaban Askerde”, “Hakanlar Çarpışıyor”, “Leblebi Tozu”, “Üç Kağıtçı”, “Atla Gel Şaban”, “Avrupa” kimi macəra və komediya filmlərində də rol alıb.

Banu

Fotoda: Necdet Kökeş