Bu ölkənin Kiyevdəkli səfirliyi bağlandı
Birləşmiş Ştatların Kiyevdəki səfirliyi təhlükəsizlik səbəbindən bağlanıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Azadlıq radiosu” məlumat yayıb.
ABŞ-nin Kiyevdəki səfirliyi Ukraynadakı Amerika vətəndaşlarına noyabrın 20-də gün ərzində Rusiyanın kütləvi aviazərbəsi təhlükəsi barədə xəbərdarlıq edib.
Səfirliyin saytında dərc olunan bəyanatda bildirilib ki, diplomatik qurum potensial kütləvi hücumla bağlı konkret məlumat alıb.
Ukraynadakı Amerika vətəndaşlarına hava hücumu xəbərdarlığı zamanı dərhal sığıncağa yollanmağa hazır olmaq tövsiyə olunub.
Xəbərdə hücumun hansı növ və hansı bölgələrə olacağı barədə məlumat verilmir. Bu, Ukraynanın bütün ərazisinə aiddir.
Xatirə SADİQ