Peskov dünyadan sərt qınaq gösləyir - İnterfaks
“Kreml beynəlxalq ictimaiyyətdən Ukraynanın iyunun 1-də Rusiya aerodromlarına hücumunu kəskin şəkildə qınamasını eşitməyə üstünlük verərdi”.
SAVASHMEDİA.az İnterfaks-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Ümumiyyətlə, beynəlxalq qiymətləndirmədən danışsaq, əlbəttə, ən azı bu terror aktının kəskin şəkildə pislənməsini eşitməyə üstünlük verərdik”, - deyə Peskov jurnalistlərə ABŞ prezidenti Donald Trampın gözlənilən hücumdan xəbərsiz olduğunu bildirməsini şərh edərkən söyləyib.
Xatirə SADİQ