Tolikin uşağının anası kimdir? - Hər şeyi danışdı + VİDEO 

Tanınmış aparıcı, prodüser Tarix Əliyev (Tolik) şəxsi həyatı və yeni doğulmuş qızı barədə danışıb.

Jun 5, 2025 - 18:03
Tolikin uşağının anası kimdir? - Hər şeyi danışdı + VİDEO 

SAVASHMEDİA.az xəbər verir ki, aparıcı Aytən Səfərova və şairə Nazilə Səfərli ilə birgə canlı yayıma qoşulan Tolik bütün suallara aydınlıq gətirib.

O bildirib ki, qızının anası Türkiyədə yaşayır:

“Qızımın anası Türkiyədədir. Övladımı dünyaya gətirib mənə verib gedib. Qızıma dayəsi baxır.  Ayda 1500 manat maaş verirəm. Bacıma demişəm ki, dayəyə qəşəng geyimlər, ətirlər alsın, dırnaqlarını, saçını düzəltdirsin. Axı o, mənim qızıma baxır. Gözəl və baxımlı olmalıdır, ondan qəşəng iy gəlməlidir”.

Aparıcı deyib ki, bütün mal varlığını qızına verəcək:

“Bilirsiniz, mənim qızım çox xoşbəxt olacaq. Hər şeyim onundur. Evlərim, eşiyim, bağım hər şeyim onun olacaq. Çox istəyirəm ki, qızım ağıllı və təhsilli olsun. Görməmiş olmasın”.

Tolik evlənmək istədiyini də qeyd edib:

“Mən indi elə yaşdayam ki, 20-25 yaşlı qızla ailə qura bilmərəm. Gərək 35 yaşdan yuxarı qız alam. O yaşda qadınların da hamilə qalması çətin olur. Mən istəmirəm övladıma deyəm ki, onun anası yoxdur. Bəlkə, o uşaq məndən anasını soruşana qədər bir xanımla ailə qurmuş olaram. Onda uşağa deyəcəyəm ki, sənin anan bu xanımdır. O qədər təmiz xanımlar var ki, ərə gediblər, həyatları alınmayıb və ya uşaqları olmayıb deyə boşanıblar. Mənim anam da boşanıb, boşananların hamısı pis deyil. Bəlkə, evlənəcəyim xanım mənim övladıma öz anasından da gözəl baxacaq”.

Prodüser uşağın xərclərinin çox olduğunu vurğulayıb:

“Uşağa çox pul xərcləyirəm. Paltarlarını Bakıdakı mağazalardan alıram. Onlayn mağazalardan çoxlu oyuncaqlar alıram. Oyuncaq seçməkdən çox xoşum gəlir. Amma çox pul aparır”. 

Banu