Slovakiya Rusiyaya qarşı sanksiyaların dayandırılmasına səs verdi
Slovakiya hökuməti üzvlərinin artıq beynəlxalq təşkilatlarda Rusiya əleyhinə sanksiyaların qəbul edilməsinə səs vermək hüququ yoxdur.
SAVASHMEDİA.az bu barədə Tvnoviny portalına istinadən xəbər verir.
Məlumata görə, müvafiq qərarı ölkə parlamenti təsdiqləyib və iclasda iştirak edən 76 deputatdan 51-i lehinə səs verib.
“Rusiyaya qarşı sanksiya siyasəti və ticarət məhdudiyyətləri enerji qiymətlərinin artmasına və tədarük zəncirinin pozulmasına kömək edir”, - deyə sənəddə deyilir.
Qətnamədə qeyd edilir ki, bu, Slovakiya şirkətlərinin rəqabət qabiliyyətini və iqtisadi faydalarını zəiflədir
Sənəd həmçinin hökumət tərəfindən enerji bazarının sabitləşdirilməsi, qiymət dəyişkənliyinin aradan qaldırılması və Slovakiya iqtisadiyyatının maraqlarının qorunması üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
May ayında Slovakiyanın baş naziri Robert Fiko bildirmişdi ki, ölkə Rusiyanın enerji təchizatını qadağan etmək qərarına gəlsə, Aİ-yə veto qoyacaq.
“Kommersant” yazır ki, fevral ayında Rusiya “Türk axını” ilə Slovakiyaya qaz nəqlini bərpa edib. Dəqiq rəqəmlər verilməsə də, aprel ayından tədarükün həcmi iki dəfə artıb. Müqavilə 2034-cü ilə qədər bağlanıb. Qaz kəmərinin gücü ildə 15,75 milyard kubmetrdir.
Xatirə SADİQ