Orban Avropa İttifaqını ittiham etdi
“Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Rusiyaya qarşı mübarizəni öz məqsədləri hesab edir və Ukraynada müharibəni davam etdirməklə Moskvaya qabaqlayıcı zərbə vurmaq istəyirlər”.
SAVASHMEDİA.az Hirado-ya istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban Budapeştdə keşirilən Karpat Hövzəsi Forumunun iclasında çıxış edərkən deyib.
Baş nazirin sözlərinə görə, Aİ-nin hazırkı rəhbərliyi əsas vəzifəsini – birliyin rifahının gücləndirilməsini Rusiyaya qarşı mübarizə ilə əvəzləməyə çalışır. Brüssel özünün əsas məqsədini “Şərqdə Rusiya ilə qarşıdurma” hesab edir.
“Brüsselin hərbi təbliğatına görə, Rusiya Aİ ölkələrinə və hətta NATO-ya hücum edə bilər və yalnız qabaqlayıcı zərbə onu dayandıra bilər”, - deyə Orban vurğulayıb.
Orbanın fikrincə, Ukraynadakı müharibənin tezliklə həlli Avropanın təhlükəsizliyinin maraqlarına xidmət edir. Ona görə də, Budapeşt müharibə əleyhinə təşəbbüsləri dəstəkləməlidir.
Orban Brüsselin Ukraynadakı hərbi münaqişəyə dəstəyini macarlar üçün ən böyük problem adlandırıb.
Xatirə SADİQ