Paşinyandan Köçəryanın saxlanılmasına REAKSİYA - “MAFİYA BİTDİ”
Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün sabiq prezident Robert Köçəryanın saxlanılmasından sonra parlamentdə onunla bağlı açıqlama verib.
SAVASHMEDIA.az xəbər verir ki, Paşinyan çıxışında Robert Köçəryan və biznesmen Qaqik Tsarukyanın həbs olunmasının vacibliyini vurğulayıb.
Baş nazir onların seçicilərə rüşvət vermək üçün istifadə edə biləcəkləri maliyyə imkanlarından məhrum edilməli olduğunu deyib.
O çıxışını “mafiya dövrü bitdi” cümləsi ilə yekunlaşdırıb.
Qeyd edək ki, Robert Köçəryan avqustun 25-də korrupsiya işi çərçivəsində saxlanılıb. Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi sabiq prezident və oğlu Sedrak Köçəryanın saxlanıldığını açıqlayıb.
Səlcuq